Dr Valiyev

ATU və 20 Yanvar

18 357
0
0
05:03

Опубликовано:

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı olaraq tərəfimizdən xüsusi əhəmiyyətli dövlət,səhiyyə,tarixi günlərlə bağlı videoçarxlar hazırlanmışdır. Bu silsilədən olan növbəti videoçarx xalqımızın qan yaddaşı və eyni zamanda qəhrəmanlıq səhifəsi olan 20 Yanvar Faciəsi ilə bağlıdır. Təşkilatımız tərəfindən hazırlanan videoçarxda 1990-cı ildə Azərbaycan Tibb Universitetində təhsil alan və hadisələrdə qəhrəmancasına şəhid olan tələbələrimizin simasında o gecə baş verən hadisələr işıqlandırılmışdır. Qeyd edək ki, videoda ATU-nun Rektorunun müşaviri,professor,20 Yanvar hadisələrinin canlı iştirakçısı Mübariz Allahverdiyev,Mərkəzi klinik xəstəxanaın həkim-rezidenti Tural Əzizov,ATU TGT-nin sədri Rauf Vəliyev, tələbələrimiz : Həmid Həsənov,Azad Kərimbəyli, İsmayıl Nəzərli, Raul Rəsulzadə,Simarə Qurbanova rol alıblar. Videoçarxın hazırlanmasında məqsəd günümüzdə cəmiyyətin ən aktiv və aparıcı təbəqələrindən olan gənclərimizə tariximizi aşılamaq, xalqımızın o gecə yaşadığı çətinlikləri çatdırmaqdan ibarətdir. Videoçarxın ərsəyə gəlməsində göstərdikləri dəstək üçün ATU-rektoru ,professor Gəray Gəraybəyliyə, 1 saylı Kliniki Tibbi Mərkəz rəhbərliyinə və videoçəkiliş,montaj üçün PhotoJalal-a(Jalal Mammadov) dərin təşəkkürlərimizi bildiririk. Təşkilatımız bundan sonra da günümüzün aktual məsələlərini diqqətlə saxlamaqla yeni layihələr üzərində işləməyi planlaşdırır.

Следующее видео