Django Mango

Prezident İlham Əliyevin TANAP layihəsinin açılış mərasimindəki tarixi çıxışı

19 886
0
0
12:38

Опубликовано:

30 noyabr 2019-cu il Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Prezidentimiz 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

Ölkələrimiz arasında icra olunan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı bldirib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyinə-çiyinə irəliləyəcək.

Следующее видео