Interaz

UEFA Apellyasiya Komitəsi Rusiyaya güzəştə gedib

43 990
0
0
00:59

Опубликовано:

Bakı, 11 avqust, SalamNews, R.Nadirli. UEFA Apellyasiya Komitəsi Rusiya milli komandasının 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində 6 xaldan şərti məhrum olunmasını nəzərdə tutan cəzanı ləğv edib.

SalamNews xəbər verir ki, 2012-ci il Avropa çempionatında rusiyalı azarkeşlərin davranışı ilə əlaqədar kəsilmiş şərti cəza 2016-cı il Avropa çempionatının seçmə turnirində 3 ev oyununu azarkeşsiz keçirməklə əvəzlənib. Lakin bu da şərtidir. Cəza yalnız UEFA qaydalarının pozulması təkrarlandığı halda tətbiq oluna bilər. Əvəzində Rusiya Futbol İttifaqına 120 min avro cərimə cəzası qüvvədə qalıb.

Bildirək ki, cərimə və 6 xaldan şərti məhrumetmə cəzası iyunun 8-də Rusiya ilə Polşa yığmaları arasında Vrotslav şəhərində keçirilmiş matçdan sonra UEFA İntizam Komitəsi tərəfindən kəsilib. Səbəb Rusiya yığması azarkeşlərinin meydana yandırıcı maddə atmaları və tribunalarda təhqiramiz bannerlər nümayiş etdirmələri olub.

Следующее видео